Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
2026-08-13 16:52:06
"Azərbaycan Dəmir Yoları" QSC artan sərnişin tələbatını qarşılamaq üçün avqustun 14-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
Hurriyyet.Media bu barədə ADY-yə istinadən xəbər verir.
Bildirilib ki, bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.