📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda 100 minlik DƏLƏDUZLUQ: qadın tutuldu

2024-08-08 16:45:38

Bakıda 100 minlik DƏLƏDUZLUQ: qadın tutuldu

Cari il iyun-iyul aylarında paytaxt sakini olan bir nəfərin aldadılaraq 98 930 manatının ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

Hurriyyet.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş Ruhiyyə Ramazanova müəyyən olunaraq saxlanılıb.

Saxlanılan şəxslə bağlı aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.