📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda 11 aylıq körpə istidən öldü

2023-07-18 16:33:00

Bakıda 11 aylıq körpə istidən öldü

11 aylıq Aynur Əfqan qızı Məstənzadə evdə qəfil halı pisləşərək ölüb.

Hurriyyet.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

Valideynləri uşağın istidən öldüyünü deyib. Belə ki, anası uşağı yatızdırarkən yorğan-döşəyə bükürmüş.

Lakin ölümün dəqiq səbəbləri hələ məlum deyil. Bu ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.