📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda 13-cü mərtəbədən yıxılan gənc sağ qaldı

2026-02-26 12:33:22

Bakıda 13-cü mərtəbədən yıxılan gənc sağ qaldı

Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb.

Publika.az xəbər verir ki, hadisə Xırdalandakı "Kristal Abşeron" kompleksində baş verib. Saat 02 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb.

O, ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.