📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda 139, Tbilisidə 200 ambulans fəaliyyət göstərir...

2024-06-03 09:56:46

Bakıda 139, Tbilisidə 200 ambulans fəaliyyət göstərir...

“Bakıda 139 ambulans fəaliyyət göstərir. Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə 1 ambulans düşür. Onlar da yollardakı tıxaclardan hərəkət edə bilmir”.

Hurriyyet.az xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc Milli Məclisin plenar iclasında bildirib.

Millət vəkili vurğulayıb ki, Bakıda qeyri-rəsmi olaraq yaşayanları da əlavə etsək, vəziyyəti təsəvvürə gətirmək çətin deyil: “Əhalisi 1,2 milyon nəfər olan Tbilisidə isə təcili yardım maşınlarının sayı 200-ə yaxındır”.

qafqazinfo.az