📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda 15 yaşlı idmançı öldü - Foto

2021-11-29 12:33:00

Bakıda 15 yaşlı idmançı öldü - Foto

Bakı şəhəri, Binəqədi rayonunda yeniyetmə Rəhman Yekəyev dünyasını dəyişib.

Hurriyyet.az Oxu.Az-a istinadən xəbər verir ki, qan azlığı xəstəliyindən əziyyət çəkən 15 yaşlı R.Yekəyev yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Rəhman Yekəyev karateçi olub. O, 2017-ci ildə keçirilən beynəlxalq şotokan karate-do üzrə filialın II açıq çempionatında kumite üzrə qızıl medal qazanıb.