📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda 15 yaşlı qız ana oldu, özü və körpəsi öldü - Yenilənib

2022-02-08 11:06:00

Bakıda 15 yaşlı qız ana oldu, özü və körpəsi öldü - Yenilənib

Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsi ölüb.

Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.

Belə ki, 15 yaşlı G.B. və dünyaya gətirdiyi uşaq ölüb.

Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb.

***

3 saylı Şəhər Klinik Xəstəxanasından “Qafqazinfo”ya bildirilib ki, doğum sözügedən xəstəxanada qeydə alınmayıb: “Yeniyetmə qız 3 saylı Şəhər Klinik Xəstəxanasın aqonal vəziyyətdə gətirilib. O, tibb müəssisəsinə qanaxma ilə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Doğuş bu xəstəxanada qeydə alınmayıb”.