Bakıda 16 yaşlı gənc xəstəxanalıq oldu
2024-07-26 11:02:53
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.az report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin 2008-ci il təvəllüdlü Ağayev Əli Yusif oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.