📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda 18 il əvvəl törədilən cinayətin üstü açıldı

2021-12-17 12:36:00

Bakıda 18 il əvvəl törədilən cinayətin üstü açıldı

DİN və Baş Prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilən birgə tədbirlərlə 18 il əvvəl törədilən cinayət əməlinin üstü açılıb.

Bu barədə Hurriyyet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN əməkdaşları tərəfindən cari il avqustun 18-də narkotik vasitə ilə tutulan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Dadaşovun 2003-cü il dekabr ayının 29-da Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində paytaxt sakini, 67 yaşlı Ramiz Əmirovu boğaraq qətlə yetirməsi müəyyən edilib.

Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır.