Bakıda 18 yaşlı qız İNTİHAR ETDİ
2021-11-27 19:11:00
Bakıda 18 yaşlı qız intihar edib.
Hadisə bu gün Yasamal rayonunda "Qələbə residence" binalarında qeydə alınıb.
Orada yaşayan 2003-cü il təvəllüdlü Fidan Nəftəliyeva özünü binadan ataraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, F. Nəftəliyevanın intihar etməsi faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. \\APA