📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda 27 yaşlı oğlan BIÇAQLANDI: Qardaşı saxlanıldı

2026-08-22 15:57:58

Bakıda 27 yaşlı oğlan BIÇAQLANDI: Qardaşı saxlanıldı

Bakıda qətl törədilib.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 23 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

1999-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı, 1995-ci il təvəllüdlü Aqil Qulamzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.