📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda 29 yaşlı oğlan küçədə öldü

2026-11-24 17:51:15

Bakıda 29 yaşlı oğlan küçədə öldü

Bakıda gənc oğlan küçədə vəfat edib.

Hurriyyet.net  xəbər verir ki, hadisə noyabrın 23-ü saat 12 radələrində Nəsimi rayonu Topçubaşov küçəsində baş verib.

Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü F.Nurəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti səkidə tapılıb.

Faktla bağlı araşdırmalar Nəsimi Rayon Prokurorluğu tərəfindən aparılır.