📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda 4 qız özünü binadan atıb? - Rəsmi açıqlama

2023-12-16 10:21:21

Bakıda 4 qız özünü binadan atıb? - Rəsmi açıqlama

Bakının Yasamal rayonunda yanğın olduğu, hadisə zamanı 4 qızın özünü binadan atdığına dair sosial şəbəkələrdə məlumat yayılıb.

FHN-dən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Yanğınsöndürmə avtomobillərinin hərəkəti zamanı çəkilmiş video, görüntüləri çəkən şəxs tərəfindən yanlış şərh edilir. Belə bir hadisə baş verməyib”, - deyə cavabda qeyd edilib.