📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda 40 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir

2023-11-07 16:48:06

Bakıda 40 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir

Sabah Bakıda 40 marşrut xəttinin hərəkət istiqamətlərində müvəqqəti dəyişiklik ediləcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Axar.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bunlar E1, M3, H1, 1, 2, 3, 4, 5, 6, 10, 13, 14, 17, 18, 21, 29, 30, 31, 32, 33, 37, 38, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 83, 88, 88A, 96, 125, 149, 175, 205 və 206 nömrəli marşrut xəttləridir.

Dəyişikliyə səbəb 8 Noyabr – Zəfər günü ilə əlaqədar saat 09:00-dan 13:00-a qədər Bakı şəhərinin müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlərin tətbiq edilməsidir.