📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda ağır qəza, Qarabağ qazisi öldü - Foto

2022-04-07 09:53:00

Bakıda ağır qəza, Qarabağ qazisi öldü - Foto

Nəsimi rayonunda ağır yol qəzası baş verib.

Hurriyyet.az Qafqazinfo-ya istinadən məlumat verir ki, yol-nəqliyyat hadisəsi Asif Məhərrəmov küçəsində qeydə alınıb. Sürücü Nəbi İsayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili digər nəqliyyat vasitəsinə çırpılıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan N.İsayev vəfat edib.

Qeyd edək ki, vəfat edən şəxs Birinci Qarabağ müharibəsi qazisi olub. O, müharibədə bir ayağını itirmişdi.

Faktla bağlı araşdırma aparılır.