📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda anası tərəfindən evə qapadılan uşaq eyvana çıxıb fəryad etdi - ŞOK KADRLAR

2022-02-03 23:52:00

Bakıda anası tərəfindən evə qapadılan uşaq eyvana çıxıb fəryad etdi -  ŞOK KADRLAR

Bakının Yasamal rayonu Əsəd Əhmədov küçəsi 18 ünvanında ananın öz övladını evə qapadaraq onu saatlarla tək qoyması faktı qonşuları hiddətə gətirib. Onlar 16-cı mərtəbədə yaşayan azyaşlının eyvana çıxaraq ağlayıb, fəryad qoparmasını videoya belə çəkiblər.

Hurriyyet.az xəbər verir ki, faktla bağlı Real TV-nin "Problem" verilişində süjet hazırlanıb. Verilişin əməkdaşları mövzu ilə bağlı Daxili İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdikdən sonra məsələ qurumlar tərəfindən araşdırılmağa başlanıb. 

Uşağın anası müəyyən edilərək Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə dəvət edilib və izahatı alınıb. 

Daha ətraflı təqdim etdiyimiz videoda: