📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda aptekdən oğurluq oldu

2026-04-16 20:53:11

Bakıda aptekdən oğurluq oldu

Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərin birindən oğurluq edilib.

DİN-dən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 53 yaşlı C.Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun müştəri qismində daxil olduğu aptekdən satıcının başının qarışıq olmasından istifadə edərək mobil telefonu oğurladığı məlum olub.

Araşdırma davam etdirilir.