📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda ata oğlunu bıçaqladı

2023-07-22 10:24:00

Bakıda ata oğlunu bıçaqladı

Bakıda ata oğlunu bıçaqlayıb.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, hadisə iyulun 21-də Qaradağ rayon Qızıldaş qəsəbəsində qeydə alınıb.

Belə ki, Ramiz Vahabov şəxsi münasibətlərin pozulması zəminində oğlu, 33 yaşlı Hafizə bıçaqla ağır dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.