📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda attestatsız şəxs direktor müavini təyin olunub?

2022-04-25 11:04:00

Bakıda attestatsız şəxs direktor müavini təyin olunub?

Bakıda attestatsız şəxsin direktor müavini vəzifəsinə təyin edilməsilə bağlı araşdırma aparılır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Report-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, paytaxtdakı 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İsmət Qədir qızı Yusifova 01.09.2004-cü ildə işə qəbul edilib:

"2004-cü ildə 3 nömrəli tam orta məktəb Binəqədi Rayon Təhsil Şöbəsinin tabeliyində olub. 2006-cı ildə Bakı şəhərində rayon təhsil şöbələri ləğv edilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb. Həmin məsələ ilə bağlı araşdırma aparılıb. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət olunub".