Bakıda avtobusa hücum edən şəxs saxlanıldı - VİDEO
2022-09-20 15:20:00
Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
“Həmin şəxsin orta dərəcəli sərxoş olduğu müəyyən edilib. Hazırda araşdırma aparılır”, - deyə məlumatda qeyd edilib.
***
Bakıda naməlum şəxs marşrut avtobusuna hücum edib.
Hurriyyet.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. Orta yaşlı şəxs səhər saat 06:30 radələrində 85 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobusa yaxınlaşaraq sürücüyə qarşı xuliqanlıq hərəkətləri edib. O, sürücüyə və avtobusa zərbələr endirib. Nəqliyyat vasitəsinin şüşələrini sındırıb.
Baş vermiş hadisə ilə bağlı polisə müraciət edilib. Araşdırma aparılır.