📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda avtomobil yük maşınına çırpılıb - Ölən var

2026-03-06 11:05:23

Bakıda avtomobil yük maşınına çırpılıb - Ölən var

Bakıda avtomobil yük maşınına çırpılıb.

Əliyev Etibar Akif oğlu idarə etdiyi avtomobil ilə Binəqədi qəsəbəsi istiqamətində hərəkət edərkən yolun sağ hissəsində dayanmış vəziyyətdə olan "Man" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.