📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda avtomobillər toqquşdu - Yaralanan var

2022-08-09 20:40:00

Bakıda avtomobillər toqquşdu - Yaralanan var

Bakı şəhərinin Xəzər rayonunda “VAZ” və "Nissan" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Huriyyet.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “VAZ” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.