📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda ayağını pəncərədən çıxararaq maşın sürən şəxs həbs edildi - VİDEO

2022-07-06 19:50:00

Bakıda ayağını pəncərədən çıxararaq maşın sürən şəxs həbs edildi - VİDEO

Bakı şəhərində ayağını pəncərədən çıxararaq avtomobil idarə edən sürücü saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə "apa"ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, “Toyota Prius” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Murad Əşrəfov ayağını pəncərədən çıxararaq cəmiyyətə açıq hörmətsizlik edib, ətrafdakı sürücülər üçün təhlükəli vəziyyət yaratmaqla avtomobil idarə edib.

Həmin şəxs barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim edilib: “İctimai qaydanı pozan şəxs artıq saxlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 10 sutka inzibati həbs seçilib".

Qeyd edək ki, sürücünün avtomobili ayağını pəncərədən çıxararaq idarə etməsi barədə sosial şəbəkədə videogörüntü yayılıb.