Bakıda Azərbaycan və Türkiyə XİN rəhbərlərinin mətbuat konfransı keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransı keçirib.
Hurriyyet.az xəbər verir ki, konfrans Xarici İşlər Nazirliyinin inzibati binasında təşkil edilib.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransı keçirir.
Oxu.Az xəbər verir ki, konfrans Xarici İşlər Nazirliyinin inzibati binasında təşkil edilib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarını salamlayıb və Hakan Fidanın ölkəmizə artıq üçüncü səfəri olduğunu diqqətə çatdırıb.
***
Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidanın təkbətək görüşü bitdikdən sonra geniştərkibli iclası olub.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Qeyd olunub ki, ölkələr arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə edilib.
***
Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidanın təkbətək görüşü başlayıb.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
***
Dekabrın 14-də Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirləri görüşüblər.
Bu barədə Azərbaycanın XİN-in “X” sosial şəbəkə hesabından bildirilib.
Məlumatda nazir Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidanı hərarətlə salamladığı bildirilib.