📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda azyaşlı qızların istismar edildiyi küçə: "Burada əxlaqsızlıqla da məşğuldular"

2021-10-04 10:33:00

Bakıda azyaşlı qızların istismar edildiyi küçə:

Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

Hurriyyet.az  AZXEBER.COM-a istinadən xəbər verir ki, Bakının Memar Əcəmi metrosunun yaxınlığında yerləşən çay evlərində çalışan azyaşlı qızların əks olunduğu görüntülər yayımlanıb. Görüntüləri yayan bloger Jam Quliyevin sözlərinə görə, bu obyektlərdə işləyən qızların çoxu azyaşlıdır və burada əxlaqsızlıq təbliğ edilir.

O, daha sonra yayımladığı digər bir görüntüdə Daxili İşlər Nazirliyinin həmin ərazidə əməliyyat keçirdiyini və ümumilikdə 31 nəfərin saxlanıldığını bildirib.