📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı

2024-04-18 10:37:43

Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı

Bakı şəhəri Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 2005-ci il təvəllüdlü R.Abdullayev və 2006-cı il təvəllüdlü bir qız müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır./axar.az/