Bakıda bahalı iti oğurlayan şəxs TUTULDU
2024-06-28 21:34:43
Bakıda bahalı it oğurlanıb.
Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Rayon ərazisindəki evlərdən birində bahalı cins it oğurlanıb. Bu barədə polisə məlumat verilib.
Həyata keçirilən tədbirlər nəticəsində bahalı iti oğurlamaqda şübhəli bilinən Əli Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.//Lent.az