📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda bəzi parklanma məntəqələri fəaliyyətini dayandıracaq

2026-09-19 22:25:19

Bakıda bəzi parklanma məntəqələri fəaliyyətini dayandıracaq

Bakıda keçiriləcək “Formula 1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar şəhərin mərkəzi küçələrində yerləşən bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, məhdudiyyət sentyabrın 20-dən 29-dək qüvvədə olacaq.

AYNA sürücülərə müraciət edərək nəqliyyat vasitələrini park edərkən ərazilərdə quraşdırılmış parklanma nişanlarına diqqət yetirməyə çağırıb.

Sürücülərdən məhdudiyyət tətbiq olunan ərazilərdə nəqliyyat vasitələrini saxlamamaları xahiş olunur.