📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda bəzi yerlərdə lift və eskalatorlar dəyişdiriləcək

2026-11-02 19:49:24

Bakıda bəzi yerlərdə lift və eskalatorlar dəyişdiriləcək

Bakıda bəzi piyada keçidlərində liftlər və eskalatorlar dəyişdiriləcək.

Modern.az xəbər verir ki, dəyişikliklər 14 fərqli ünvanı əhatə edəcək. Yeraltı və yerüstü piyada keçidində quraşdırılmış liftin yenilənməsi və əsaslı təmiri, həmçinin eskalatorun, əlil arabaları üçün platformanın yenisi ilə əvəzlənməsi nəzərdə tutulur.

Artıq bununla bağlı müvafiq prosedura başlanılıb və tender elan olunub.

Görüləcək işlərə 9 milyon 985 min 650 manat xərclənməsi planlaşdırılır.