📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda bir ailənin 6 üzvü plovdan zəhərləndi

2022-08-13 13:15:00

Bakıda bir ailənin 6 üzvü plovdan zəhərləndi

Ötən gün Bakıda bir ailənin 6 üzvü zəhərlənib. Hadisə Xəzər rayonunda Binə sovxozu deyilən ərazidə baş verib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə haqqin.az saytı məlumat yayıb.

Ailənin plovdan zəhərləndiyi ehtimal edilir. Zəhərlənən şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir. 

Hadisə ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib: “Daha sonra ailə ambulator müalicə üçün evə buraxılıb. Onların vəziyyətləri qənaətbəxşdir”.