📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda bir qrup qazi polisə polis bölməsinə niyə dəvət edilib? - DİN RƏSMİSİ AÇIQLADI

2021-10-28 16:46:00

Bakıda bir qrup qazi polisə polis bölməsinə niyə dəvət edilib? - DİN RƏSMİSİ AÇIQLADI

"Şəhidlər, qazilər bizim baş tacımızdır. Şəhidlərin ruhuna hörmət, qazilərin həyat və sağlamlığına qayğı hər birimizin müqəddəs borcudur. Bu gün bir qrup qazi Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq Yüksək Gərginlikli hava xəttinin mühafizə zonasında zəbt olunan torpaq sahəsi ilə bağlı yaranan mübahisəyə görə Nərimanov RPİ 17-ci Polis Şöbəsinə dəvət olunublar. Dəvətə səbəb mübahisə predmetinə çevrilən halla bağlı onlarla profilaktik, izahedici söhbətlərin aparılması olub"

Hürriyyət.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyib. Elşad Hacıyev qeyd edib ki, qazilərin polis bölməsinə dəvət edilməsinə səbəb onlarla profilaktik və izahedici söhbətlərin aparılması olub: 

"Zəbt olunan torpaq sahəsinin insan həyatı üçün təhlükəli vəziyyətini bilərəkdən mahiyyətindən yayındıraraq onlar polis tərəfindən təzyiqə, zorakılığa məruz qalmalarını iddia ediblər. Vətən yolunda sağlamlığını itirən o qazilərin söylədikləri, hansısa sosial şəbəkə seqmentlərində “polis bizi döydü”, -deyə səsləndirilməsi ağır ittihamdır.

Deyilənləri, yazılanları ürək ağrısı ilə qaşılayırıq. Halbuki onlara mövcud vəziyyət, ərazinin yüksək gərginlikli hava xəttinin mühafizə zonası olması bildirilib. Onlar deyilənlərin əksinə olaraq, polis şöbəsində qeyzlənərək hay-küy yaradıb, əvvəlcədən razılaşdırılan bəzi internet televiziyalara polis haqqında neqativ fikirlər bildiriblar.

Bir daha onların diqqətinə çatdırırıq ki, bu hərəkətlər qanunsuzdur. Çünki öldürücü elektrik xəttlərinin altında işləmək, yaşamaq həyat üçün təhlükəlidir".

YƏHYA

1606808313508195604_1200x630.jpg