📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda bu avtobusun hərəkət sxemi dəyişdirildi

2021-09-29 13:11:00

Bakıda bu avtobusun hərəkət sxemi dəyişdirildi

Sərnişinlərin müraciəti nəzərə alınaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksini Xocasən qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Dəyişikliyə əsasən, marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi Xocasən qəsəbəsində şəhid ailələri və müharibə veteranları üçün inşa edilmiş yeni yaşayış kompleksi müəyyən edilib.

Marşrutun fəaliyyəti qeyd edilən əraziyə sabahdan təmin ediləcək.