Bakıda bu fərdi yaşayış evləri söküləcək - icra başçısı qərar verdi
2023-12-22 17:24:21
Surxanı rayonu Zığ qəsəbəsindəki bəzi fərdi yaşayış evləri söküləcək.
Hurriyyet.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu barədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müvafiq qərar imzalayıb.
Qərara səbəb isə sözügedən evlərin sürüşmə sahəsində yerləşməsidir.
Buna görə də orada yerləşən 1 ədəd ikimərtəbəli və 3 ədəd birmərtəbəli qəzalı fərdi yaşayış evləri söküləcək.
Artıq söküntü işləri ilə bağlı hazırlıqlara başlanılıb.