📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda bu istiqamətdə sıxlıq var - Polislər HƏRƏKƏTƏ KEÇDİ

2023-10-02 17:25:26

Bakıda bu istiqamətdə sıxlıq var - Polislər HƏRƏKƏTƏ KEÇDİ

Paytaxtın Alı Mustafayev küçəsi, 3 mkr. dairəsində, körpünün üstündə yolda texniki nasaz nəqliyyat vasitəsi qalıb.

Bu barədə Hurriyyet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bu səbəbdən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb. Sıxlığı aradan qaldırmaq üçün yol polisi əməkdaşları əraziyə cəlb olunub./musavat.com/