Bakıda bu küçədə yol çökdü - Foto
2021-11-20 17:35:00
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda çökən yolla bağlı açıqlama verib.
Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, sözügedən əraziyə əməkdaşlar tərəfindən baxış keçirilib və aidiyyəti üzrə yolun deformasiyaya uğramış hissəsinin bərpa olunması istiqamətində işlər görülür.
“Paytaxtın Abbas Mirzə Şərifzadə 424A ünvanından Azəristiliktəchizat ASC-nin xətti keçirdi.
Sözügedən qurumun ərazidən keçən xəttində sızma olub. Bu səbəbdən də asfalt örtükdə enmə olub. Təxminən 2-3 kvadratmetrlik sahədə qazıntı aparıldı, problem aradan qaldırıldı. İşlər tamamlandıqdan sonra qazılan yerin üzəri qruntla örtüldü. Günün sonuna qədər yolun həmin hissəsində asfalt örtüyü bərpa ediləcək”, - məlumatda bildirilib.