📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda bu məktəbin şagird və müəllimləri HƏDƏLƏNİB

2026-04-21 16:59:20

Bakıda bu məktəbin şagird və müəllimləri HƏDƏLƏNİB

18 aprel 2026-cı il tarixində axşam saatlarında sosial şəbəkə səhifələrində 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb.

Modern.az-ın məlumatına görə, məktəbdən "Azərbaycan müəllimi"nə bildirlib ki, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bu səbəbdən 20 və 21 aprel 2026-cı il tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir. 

Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır.