📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda bu ölkələrin nazirləri təltif edildi - Foto

2023-10-24 15:34:57

Bakıda bu ölkələrin nazirləri təltif edildi - Foto

"Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü” davam edir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunması barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.

Sonra general-polkovnik Zakir Həsənov medalları qonaqlara təqdim edib.