Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı
2024-08-27 13:04:01
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhəri Xətai rayon idarəsinin rəisi Anar Ağabəyov vəzifəsindən azad edilib.
Hurriyyet.az xəbər verir ki, bununla bağlı SHXÇDX-nin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.
Digər əmrlə Nicat Həsənov SHXÇDX-nin Xətai rayon idarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, N.Həsənov bundan əvvəl Dövlət Xidmətinin Binəqədi və Sabunçu rayon idarələrinin rəisi olub.
Unikal.az