📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda bu yol 2 gün bağlı olacaq

2021-11-18 11:24:00

Bakıda bu yol 2 gün bağlı olacaq

Bakının Yasamal rayonunun Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün temperatur şovlarının yenilənməsi ilə əlaqədar noyabrın 20-21-də körpü üzərində “Qələbə dairəsi” istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, sürücülər alternativ olaraq Ə.Salamzadə küçəsinin sağ kənar yolundan istifadə edə bilərlər.