📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda bu yol "Formula 1"ə görə bağlandı

2024-08-24 13:01:08

Bakıda bu yol

24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət "Formula 1" Azərbaycan Qran-Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri ilə bağlıdır.

Qeyd edək ki, 13-15 sentyabr tarixlərində Bakıda "Formula 1" Azərbaycan Qran-Prisi 2024 baş tutacaq.

bakupost.az