📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda çəkiliş aparan jurnalistlərə hücum edildi - FOTO

2022-06-07 09:21:00

Bakıda çəkiliş aparan jurnalistlərə hücum edildi - FOTO

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə "DSK" kimi tanınan yolda qeydə alınıb.

Belə ki, "Nİssan markalı minik avtomobilinin sürücüsü geriyə dönmək istəyərkən "Niva" markalı maşın "Nissan"-ya çırpılıb.

Qəza nəticəsində "Nissan"-da olan bir nəfər xəsarət alıb.

Qəzanı işıqlandıran jurnalistlər hadisə şahidləri və avtomobil sürücüləri tərəfindən təzyiqlə üzləşib.

Həmin şəxslər operator və jurnalistlərin ünvanına təhqiramiz ifadələr işlədərək onları vurmağa başlayıb.

Jurnalistlər polisə məlumat verdikdən sonra edilən təzyiqlərdən zorla yaxa qurtarıb.