Bakıda çoxmərtəbəli binada YANĞIN
2021-12-25 23:12:00
Bakıda çoxmərtəbəli binada yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 65 m² olan mənzilin eyvanında 1 m² sahədə ev əşyaları, 1 ədəd plastik qapı, 2 ədəd məişət avadanlığı və qaz sayğacı yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.