📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda daha 2 marşrutun fəaliyyəti bərpa edilir

2024-11-16 16:47:47

Bakıda daha 2 marşrutun fəaliyyəti bərpa edilir

Noyabrın 18-də Bakıda daha iki avtobus marşrutunun fəaliyyəti bərpa edilir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentli (AYNA) məlumat yayıb.

Məlumata görə, noyabrın 18-dən başlayaraq 4 və 10 nömrəli marşrutların hərəkət sxemləri bərpa ediləcək.

AYNA bildirir ki, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.