📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda daha bir marşrut avtobusu piyadanı vurub öldürdü

2026-11-17 13:18:37

Bakıda daha bir marşrut avtobusu piyadanı vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Hurriyyet.net xəbər verir ki, noyabrın 16-sı saat 10 radələrində Heydər Əliyev prospektində İlqar Ələz oğlu Saxvanov 15 saylı müntəzəm marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı 10-TG-801 nömrə nişanlı avtobusla yolu keçən gənc qızı vurub.

Nəticədə, ağır xəsarətlər alan paytaxt sakini 2002-ci il təvəllüdlü Fatimeyi Zəhra Bayram qızı Babayeva hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar polis tərəfindən aparılır.

Qeyd edək ki, noyabrın 15-i də paytaxtın Nizami rayonunda marşrut avtobusu piyadanı vurub öldürmüşdü.//Qafqazinfo.az