📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda daha bir məktəb distant tədrisə keçdi

2021-10-26 14:07:00

Bakıda daha bir məktəb distant tədrisə keçdi

Bakı şəhəri Nərimanov rayonundakı 73 nömrəli tam orta məktəb koronavirusa yoluxma səbəbilə distant tədrisə keçib.

Hurriyyet.az xəbər verir ki, paytaxtdakı 73 nömrəli tam orta məktəbin fəaliyyəti 2 həftəlik distant təhsil formasında davam etdiriləcək.

Buna səbəb məktəbin 3 şagirdi və 5 müəllimində COVİD-19 infeksiyasına yoluxmanın təsdiq olunmasıdır.

Yoluxma nəzərə alınaraq, Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.