📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda daha bir məktəb distant tədrisə keçib

2021-10-22 14:30:00

Bakıda daha bir məktəb distant tədrisə keçib

Bakıda 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Hurriyyet.az-a verilən məlumata görə, məktəbin 4 şagirdi və 9 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bildirilib ki, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.