📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda daha bir nəfər metil spirtindən zəhərlənib öldü

2025-03-01 14:34:25

Bakıda daha bir nəfər metil spirtindən zəhərlənib öldü

Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb.

Hurriyyet.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

43 yaşlı E. Zeynalov metil spirti içərək zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu hadisə ilə də Bakıda son həftə ərzində texniki spirtdən ölənlərin sayı 24-ə çatıb.

Lent.az