📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda DƏHŞƏTLİ HADİSƏ: polis nişanlısını öldürdü, özü isə intihar etdi

2022-04-22 14:25:00

Bakıda DƏHŞƏTLİ HADİSƏ: polis nişanlısını öldürdü, özü isə intihar etdi

Bakıda polis nişanlısını öldürüb, özü isə intihar edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov məlumat verib.

O bildirib ki, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.

Faktla bağlı araşdırmalar aparılır.