📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda DƏHŞƏTLİ QƏTL - Ər arvadını məftillə boğdu

2021-10-22 10:05:00

Bakıda DƏHŞƏTLİ QƏTL - Ər arvadını məftillə boğdu

Oktyabrın 21-i saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hurriyyet.az xəbər verir ki, Qaradağ Rayon Prokurorluğundan Musavat.com-a verilən məlumata görə, zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Vilayət Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.