📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda dəhşətli qəza - Video

2023-04-15 13:53:00

Bakıda dəhşətli qəza - Video

Dünən günorta saatlarında Bakı şəhər Sabunçu rayonu Maştağa qəsəbəsində ağır yol qəzası baş verib.

Hurriyyet.az xəbər verir ki, sürətlə hərəkət edən “Ford” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yolun əks hərəkət zolağına çıxıb. Avtomobil daha sonra yolun kənarında dayanmış maşına və oradakı piyadaya çırpılıb. Nəticədə piyada zərbənin təsirindən digər avtomobilin üstünə düşüb və ağır bədən xəsarətləri alıb. 

Həmin şəxs xəstəxanaya yerlşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qəza anının görüntülərini təqdim edirik: